02 Fevral “Gənclər Günü” ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

OXUNUB: 1021 QHT

           02 Fevral "Gənclər Günü” ilə əlaqədar"Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi  Heydər Əliyev Mərkəzinə ekskursiya edibdir.

          Təşkil edilmiş ekskursiyada "Psixoloji Xidmət və Tədqiqatlar” İB –nin nümayəndələri və Ali təhsil müəssisələrinin Loqos üzrə koordinator tələbələri iştirak ediblər.

        Ekskursiya çərçivəsində tələbələr mərkəz ilə yaxından tanış olub və onlar Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Həmçinin dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

               Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.

 

 
İcmal.Az

RƏYLƏR