1 ayda 49 nəfər vəbadan öldü

OXUNUB: 551 DÜNYA

Qərbi Afrikada yerləşən Nigeriyada yayılan vəba xəstəliyindən içərisində azyaşlı uşaqların da olduğu 49 nəfər həyatını itirib.

Ölkənin Adamava və Katsina əyalətlərində son bir ayda vəba virusu səbəbilə həyatını itirənlərin sayı artıb.

Nigeriya Xəstəxanasından həkim Amos Ujulunun açıqlamasına görə, əyalətlərin yaxınlığında yerləşən Mubi və Maiha bölgələrində son 3 həftə ərzində 30 nəfər ölüb.

Araşdırma nəticəsində Ujulu əyalətində 1564 vəba yoluxması aşkar edilib. Onlardan təxminən 500 nəfəri müalicəyə alınıb.

Digər tərəfdən, Dünya Səhiyyə Təşkilatı Adamava əyalətində vəba virusunun qarşısını almaq məqsədilə peyvənd kampaniyası başladıb. Kampaniya çərçivəsində əyalətlərə çox aylı həkimlər ezam olunub və 750 min doza vəba əleyhinə peyvəndlər paylanılıb.

İcmal.Az

RƏYLƏR