10 yaşlı uşaq istirahət mərkəzində hovuzda boğuldu

OXUNUB: 895 HADİSƏ

Xaçmaz rayonu, Müqtədir qəsəbəsində 10 yaşlı uşaq hovuzda boğulub.

İcmal.Az-ın APA-ya istinadən məlumata görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Bədirov Nihat  Xəyal oğlu istirahət mərkəzlərinin birinin hovuzunda çimərkən boğulub.

Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Meyit müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna göndərilib.

Fakt bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR