"100 min versələr..." - Mələkdən cazibədar fotosessiya

OXUNUB: 4478 ŞOU-BİZNES

Aparıcı Mələk Heydərova yeni fotosessiyası etdirib.

Axşam.az-ın məlumatına görə, aktrisa kimi də fəaliyyər göstərən Mələk bu yaxınlarda serialda rol alacaq.

M.Heydərova bildirib ki, rejissor dostu Əbdül İsayevin sözünü yerə salmayıb:

"Fotosessiya etdirməyi sevirəm. Ona görə düşündüm ki, maraqlı bir çəkiliş gerçəkləşdirim. Daha sonra seriala çəkilmək üçün təklif gəldi. Etiraf edim ki, serialda bu Mələkdən əsər-əlamət yoxdur. Daha çox ağlama səhnələri var. Amma düzü həmin səhnələrdə özüm ağlamıram. Məsələn, mənə 100 min versələr həqiqətən ağlayaram (gülür-red.). "İtirlimiş həyat” serialında iş qadını obrazındayam. Aktrisalıq mənim üçün sadəcə əyləncədir. Karyeramı aparıcılıq üzərində qururam”.

 

















RƏYLƏR