11 il videosu ilə şantaj edib zorladı: "Rüsvay olmamaq üçün dediyini etdim" - VİDEO

OXUNUB: 1147 DÜNYA

Antalyada 26 yaşlı A.A. keçmiş sevgilisinin başına gətirdiyi dəhşəti danışıb.

A.A lisey illərində tanış olub aşiq olduğu E.K-nin ona bıçaqla hədə-qorxu gələrək zorladığını iddia edib.

Ailə qorxusu, yaşının az olduğu üçün bəzi hadisələrin fərqinə varamadığını ifadə edən A.A "E.K bunları bildiyi üçün mənə 11 il ərzində həm psixoloji, həm fiziki şiddət tətbiq etdi. Dəfələrlə məni döydü, amma heç birində gedib qisas almaq haqda düşünmədim. Özü də mənə tək çıxış yolumun ölüm olduğunu deyirdi", - ifadələrini işlədib.

"Arvadı olduğumu dedi"

Yaşananlardan sonra gücünün qalmadığını bildirən A.A: "Evli olmadığımız halda, ondan ayrılamayacağımı, arvadı olduğumu söyləyib məni buraxmırdı. Bu müddətdə dəfələrlə döyüldüm. Yaşımın üstə yaş gəlməsi, bəzi şeyləri dərk etməyə və təhsil aldıqdan sonra hadisələrin belə cərəyan etməsinin yanlışlıq olduğunu anladım. Sonuncu dəfə onun yanına getdiyimdə mənə bıçaq çəkdi, boğazımı sıxdı, təpik-yumruqla vurdu. Bu müddətdə dəfələrlə ayrılmağa çalışdım. Amma hər dəfə mənə əlində videolarımın, fotolarımın olduğunu, bunu insanlarla ətrafımdakılarla paylaşacağını söylədiyi üçün bacarmadım. Əsas da o zaman Kayseridə oxuduğum məktəbin yataqxanasına gəlib məni rüsvay edəcəyini söylədiyi üçün dediklərini etməyə davam etdim", - deyib.

ÖLÜMLƏ TƏHDİD ETDİ

 

Son olaraq E.K-nin rəfiqələrini narahat edəcəyini dediyi üçün keçən ilin avqust ayında ayrıldığını bildirən A.A: "Ancaq E.K dayanmaq əvəzinə, hər gün bir az da şiddəti artırdı. Bu dəfə bütün ailə üzvlərinə zəng edib birlikdə olduğumuzu, abort etdirdiyimi deyəcəyini iddia etdi. Bundan sonra E.K haqqında prokurorluğa şikayət etmək qərarına gəldim", - deyib. E.K.-nin cəzasını çəkməsini istədiyini ifadə edən A.A.: "Məni "Sənin üzünə turşu atacam, dinamitlə partlatacağam", - deyə təhdid etdi", - deyib./milli


İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR