11 yaşlı İŞİD-çi oğlan: "Məni güllələyəcəksiniz?!" - VİDEO - FOTO

OXUNUB: 481 MARAQLI

Suriyada İŞİD-ə və prezident Bəşər Əsədin qoşunlarına qarşı vuruşan Azad Suriya Ordusunun (ASO) tərkibində vuruşan "Ceyş Şühba" qruplaşmasının yaraqlıları İdlib vilayətinin cənub-şərqindəki Hüveyn Kəbir kəndini ələ keçiriblər.

Əsir alınmış İŞİD terrorçuları arasında 3 azyaşlı da var. Onlar 11, 13 və 14 yaşdadır.

İŞİD-in "Xilafətin aslan balaları" adlandırdığı bu uşaqlar əldə silah döyüşürlər.

11 yaşlı Muhammədin dediyinə görə, 9 yaşından bəri İŞİD sıralarında döyüşür. O, Rəqqada səngərlərdə olduğunu da söyləyib.

Əl-qolu bağlı vəziyyətdə yerə uzadılmış "Ceyş Nühba" yaraqlılarına çox sakit, təmkinli şəkildə sual ünvanlayıb: "Məni gülləyəcəksiniz?!"

Bu zaman kadr arxasında kimsə deyir: "Güllələyin onu!"

ASO-nun 25 min üzvü hazırda Suriyanın şimalında kürdlərin YPG, PKK və PYD terror qruplaşmalarına qarşı vuruşur.

 

ASO-nun mayoru Yasir Əbdül Rəhimin sözlərinə görə, onların Afrin vilayətində məqsədləri kürd terrorçuların ələ keçirdikləri yaşayış məntəqələrini azad etməkdir./milli

İcmal.Az

11 yaşlı İŞİD-çi oğlan:

11 yaşlı İŞİD-çi oğlan:


11 yaşlı İŞİD-çi oğlan:

11 yaşlı İŞİD-çi oğlan:

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}