12 nəfəri öldürüb, 51 qadın zorlayan polis həbs olundu - FOTO

OXUNUB: 505 DÜNYA

1970-80-ci illərdə törədilən silsilə cinayət və təcavüz hadisələrinə görə keçmiş polis işçisi şübhəli bilinir.

İcmal.Az Dailymail-ə istinadla xəbər verir ki, "golden state killer" adı ilə bilinən cinayətkarla polis işçisinin DNA nəticələri uyğunlaşdıqdan sonra polisin saxlanılması barədə qərar verilib.

O, 12 insan öldürüb, 51 qadın zorlayıb.

Joseph James DeAngelo Jr adlı 72 yaşlı polisin ilk qurbanları Brian Maggiore və xanımı Katie olub. Cinayət 1978-ci ildə törədilib.

Daha sonra onun başqa cinayətlər də törətdiyi məlum olub. Cinayətlərin üzərindən illər keçməsinə baxmayaraq polisin adı heç vaxt "radar"a düşməyib.

DeAngelonun 3 yetişkin qızı var. O, 1973-cü ildə Sharon Marie Huddle ilə ailə qurub, bir müddət sonra boşanıblar.

 

Kaliforniya ştatında polis işləyən DeAngelo 1979-cu ildə avtomobil qarət etdiyinə görə işdən qovulub.

Təhqiqatçıların məlumatına görə, o, cinayətləri polis işlədiyi vaxtlarda törədib.

Sonradan 27 il boyunca tərəvəz mağazasında işləyən DeAngelo ötən il təqaüdə çıxıb.

O, hazırda həbsxanadadır.

Araşdırmalar davam etdirilir.

İcmal.Az

12 nəfəri öldürüb, 51 qadın zorlayan polis həbs olundu - FOTO

12 nəfəri öldürüb, 51 qadın zorlayan polis həbs olundu - FOTO

RƏYLƏR