13 uşağı əsir saxlayan məktəb direktorunun evindən çıxanlar dəhşətə gətirdi - FOTO

OXUNUB: 597 MARAQLI
ABŞ-ın Kaliforniya ştatında bir cütlüyün 13 nəfər qaranlıq otaqda yatağa zəncirlənmiş və ac saxlaması barədə məlumat vermişdik.

Uşaqlara işgəncə edən cütlüyün villasından çıxanlar görənləri dəhşətə gətirib.

Qeyd edək ki, qorxunc cinayətin üstü 17 yaşlı bir qızın olay yerindən qaçmağı bacarması sayəsində üzə çıxıb. Evdə tapılan uşaqların çox solğun və halsız halda olduqları deyilir.

Bazar günü qaçdığı deyilən gənc qızın evdə tapdığı bir mobil telefonla polislərə zəng etdiyi, valideynlərinin özü ilə yanaşı,12 bacı-qardaşını əsir tutduğunu söylədiyi bildirilir.

57 yaşlı David Allen Turpin və 49 yaşlı Louise Anna Turpinin evindən yaşları 2 ilə 29 arasında dəyişən 13 nəfər tapılıb.

Reuters-ə cütlük haqqında danışan qonşular isə "Onların haqqında bir şey bilməyimiz heç cür mümkün deyildi. Onların bir yerə getdiyini, ya da kiminsə onlara gəldiyini görə bilməzdiniz. Sadəcə, bəzən çölə çıxıb, marketdən alış-veriş etmək üçün gedərdilər" deyiblər.

David Allen Turpinin Kaliforniyada məktəbdə müdir vəzifəsində çalışdığı deyilir./milli

İcmal.Az

RƏYLƏR