13 yaşlı qızı əvvəl atası, sonra əmisi və qardaşı zorladı

OXUNUB: 1712 HADİSƏ
13 yaşlı qıza ata, əmi və qardaşın təcavüzü

Çorumda 13 yaşlı A.Ş adlı qıza cinsi istismarda günahlandırılan ata, əmi və qardaşının məhkəməsi yekunlaşıb. 

Balaca qızın atası və əmisinə 30 il, qardaşına isə 7 il 6 ay cəza verilib.
 
2015-ci ildə oktyabr ayında baş verən hadisə ilə bağlı qərar verilib. Tibbi ekspedisiyadan gələn cavabda A.Ş.nın 2 aylıq hamilə ikən edilən DNA testində uşağın ata O.Ş.dan olduğu deyilib. Qızın da istəyi ilə hamiləlik sonlandırılıb.

Məhkəmədə ana oğlundan şikayətçi olmadığını lakin ərindən və qaynından şikayətçi olduğunu bildirib. Günahlandırılan şəxslər isə əməllərini qəbul etməyiblər. 

Nəticədə məhkəmə ata və əmiyə 30 il, qardaşa isə 18 yaşdan aşağı olmasına görə 7 il 6 ay həbs cəzası verib./big
İcmal.Az

RƏYLƏR