14 ölkənin 100-dən çox təmsilçisi Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli müzakirəsində bir araya gəldi (FOTO)

OXUNUB: 815 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Oktyabrn 31-də Tbilisi şəhərində Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının təşkilatçılığı ilə "Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli və vətəndaş cəmiyyətinin yeni missiyası" mövzusunda beynəlxalq konfrans keçirilib.

 14 ölkənin, o cümlədən ABŞ, Fransa, Çexiya, Belarus, Türkiyə, Rusiya, Gürcüstan, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutlarının 100-dən çox təmsilçisi, beynəlxalq təşkilatların, müxtəlif konfessiyaların, siyasətçilərin, diplomatların, elm və din xadimlərinin təmsilçilərinin qatıldığı tədbirdə "Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması" çərçivəsində görüləcək işlərdən, vətəndaş cəmiyyəti insititutlarının birbaşa iştirakı ilə danışıqların effektivliyinin artırılmasında və münaqişənin həllində vətəndaş cəmiyyətinin rolu müzakirə olunub.

Qafqaz Beynəlxalq Geostrateji və geotarixi araşdırmalar mərkəzinin sədri (Gürcüstan) Quram Marxuliya konfransı açıq elan edib. O, vətəndaş cəmiyyəti institutlarının başladığı bu təşəbbüsün hər iki dövlət rəsmiləri tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.

BDU-nun professoru, tarix elmləri doktoru Kamil Səlimov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 il keçməsinə baxmayaraq həlli istiqamətində real addımalr atılmayıb. Kamil Səlimov problemin həlli, dnaışıqların efektini artırlması istiqamətində təklif irəli sürərək bildirdi ki, danışıqlar prosesinə ATƏT MQ-nin ictimai müşahidəçisi qismində "Ermənistn-Azərbaycan Vətəndaş Sülh Platforması"nın qoşulmasıdır.

" Qeyd edim ki, bu münqaişə atrixində ilk dəfədir ki, qarşıdurma tərəflərinin vətəndaş cəmiyyəti nümayəndələri təşkilatlanmış formada konkret təkliflə meydana çıxır. Bu üç ölkə, Minsk Qrupunun daimi həmsədrləri ABŞ, Fransa və Rusiya münaqişənin həllində məsuldurlar. Amma təəssü ki, MQ həmsədrləinin özlərinin münasibətlərinin nizamlanmasına ehtiyac var"-deyə K. Səlilov bildirib. Yekunda o qeyd edib ki, vətəndaş cəmiyyətinin iştiak olmadan heç bir sülh prosesi daimi və uzundmüddətli ola bilməz".

Erməni nümayəndəsi, ictimai fəal, tarixçi-aarşdırmaçı Artur Ağacanov münaqişənin həllində platformanın ümidverici və effektiv mexanizmə çevrilməsi üçün böyük potensialın olduğunu bildirib.
BAMF sədri Umud Mirzəyev Dağlıq Qarabağ problemindən əziyyət çəkənlərdən biridir. Buna baxmayaraq sülh tərəfdarıdır və beynəlxalq ictimaiyyəti bu məsələnin həllində yardımçı olmağa çağırıb.

"Dünən "Ermənistn-Azərbaycan Vətəndaş Sülh Platforması"nın Azərbaycan və Ermənistan prezidentlərinə, ATƏT Minsk Qrupu həmdsərlərinə, roma Papası Fransiskə, Bütün ermənilərin katolikosu Qaregin və Qafqaz şeyxi Allahşükür Paşazadəyə müraicət edib. Mən inanıram ki, onlar Platformanın bu nəcib təşəbbüsünü dəsətkləyəck, və ermənistn-Azərbaycan arasındakı münaqişənin həllində köməklərini əsirgəməyəcəklər. 30 illik münqaişəni dayandırmaq və dayanıqlı sülhə nail olmaq lazımdır"

"Sülhquruculuğu prosesində vətəndaş cəmiyyəti institutlarının və medianın rolu" ikinci panelin moderatoru Qafqazın Qovuşması təşkilatının sədri (Belçika)cənab Mişel İvor tədbirin əhəmiyyətindən, bu günə kimi təmsile tdiyi təşkilatın fəaliyyətindən dnaışıb. "Ermənistn-Azərbaycan Vətəndaş Sülh Platforması"nın gələcək fəaliyyətində səylərin birləşdirilmsini qeyd edib.

Tarixçi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Artur Ağacanov, Beynəlxalq İnsan haqları cəmiyyətinin baş katibi (Özbəkistan) Marat Zaxidov, Berlin Xəzər Araşdırmalar İnstitunun rəhbəri (Almaniya) Matias Dornfeltt çıxış edərək mövzü barəsində fikirlərini çatdırmışalr. Tədbirə qoşulan Bosniya və Herseqovina Parlamentinin üzvü Naidin Ahmedspahiç proseslə bağlı Avropa yanaşması haqda danışaraq, geniş şərh vermişdir.

Konfliktoloq Anastasiya Lavrinanın moderatoru olduğu "Dağlıq Qarabağ münaqişəsi Erməni və Azərbaycanlı qadınların gözü ilə" paneli böyük maraq kəsb edən müzakirələrlə yadda qalıb. "Dilarə Əliyeva adına Azərbaycan qadınlarının hüquqlarının müdafiəsi Cəmiyyəti"nin sədri Novella Cəfəroğlunun çıxışı böyük razılıqla qarşılanmıdşır. O, Əsgər analarının da bu prosesə qoşulmasını, münqaişənin həllində qadınların böyük töhvə verəcəyini bildirmişdir. Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Oksana Altunyan, Paris Universiteti Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü xanım Selin Şənocaq (Türkiyə), tarixçi Tatyana Krupa (Ukrayna) və mədəniyyətşünas Odelya Marcenko mövzu barədə fikirlərini bildirmişlər.

Nəhayət Konfarnsın üçüncü və sonuncu paneli "Beynəlxalq təşkilatların və dini liderlərin sülh prosesinə verəcəyi töhfə"mvuzus ətrafında - Belarus Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Sergey Simonovski (Belarus), politoloq, Cənubi Rusiya informasiya agentliyinin rəhbəri, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü (Rusiya) Yevgeniy Mixaylov, Kaliforniyanın Bet El xristian mərkəzinin yepiskopu, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü (ABŞ)Juan Carlos Mendez, Sarbon Universitetinin tarix üzrə elmlər doktoru, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Piere de Tregomain (Fransa) və YUNESKO-nun və YUNİTVİN-in assosiativ professoru, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü (Azərbaycan)Rizvan Hüseynov mövzu ilə çıxış etmişlər.

İcmal.Az

RƏYLƏR