14 yaşı tamam olmayan şəxslərə dərman satışı qadağan edildi

OXUNUB: 606 SOSİAL

Bu gün keçirilən plenar iclasda "Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

İcmal.Az xəbər verir ki, qanuna təklif edilən 13.3-1 bəndinə görə (Əhaliyə dərman vasitələrinin buraxılması), ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

İcmal.Az

RƏYLƏR