14 yaşında evdən qaçdı, 2 uşağı olan kişiyə ərə gedib övladlarını internata... - Azərbaycanda - FOTO

OXUNUB: 623 SOSİAL
40 yaşlı Leyla ailəsini axtarır.

 "Çıxış yolu" verilişinə müraciət edən qadının danışdıqları eşidənləri heyrətləndirib. O bildirib ki, 14 yaşı olanda yaşadığı rayondan qaçaraq Bakıya gəlib:

"14 yaşımda evdən qaçdım. Çünki atam dünyasını dəyişəndən sonra anam bizə baxmadı. 4 bacı, 3 qardaşıq. Bakıya gələndən sonra ailə həyatı qurdum. Ərimin 2 uşağı var idi, həyat yoldaşı rəhmətə getmişdi. Bu evlilikdən 3 uşağım dünyaya gəlib. Ərim öləndən sonra isə maddi imkansızlığa görə övladlarımı uşaqlar evinə verdim, çünki onlara baxa bilmirəm. 20 ilə yaxındır ki, ailəmdən xəbərim yoxdur. Əlaqəm o vaxtdan kəsilib".



14 yaşında evdən qaçdı, 2 uşağı olan kişiyə ərə gedib övladlarını internata... - Azərbaycanda - FOTO
 

İcmal.Az

RƏYLƏR