15 yaşlı qızını işgəncəylə öldürən atanı neçə il həbs gözləyir?

OXUNUB: 763 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 15 yaşlı qızını yatdığı yerdə işgəncə ilə öldürməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Tamilla Nəsrullayevanın icraatında olan prosesdə N.Cabbarov barəsində təyin edilən psixiatrik ekspertizanın rəyi elan olunub. 

Hakim bildirib ki, rəyə əsasən, N.Cabbarov cinayət hadisəsini törədən zaman anlaqlı vəziyyətdə olub. 

Məhkəmə istintaqı Dövlət ittihamçısı çıxış edərək N.Cabbarovun 17 il müddətinə azadlıqdan məhrim edilməsini istəyib.

Qeyd edək ki, 2016-cı il iyulun 20-də Xırdalan şəhərində yaşayan Ağdam rayon sakini Nəsib Cababrov 15 yaşlı qızı Aygünü yatdığı yerdə işgəncə verərək çoxlu bıçaq zərbəsi ilə ödürüb.

N.Cabbarov qıznın əxlaqsızlıq etməsi haqda söz-söhbət eşitdiyi üçün belə etdiyini deyib.

***

Məhkəmə kollegiyasının hökmü ilə N.Cabbarov 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

İcmal.Az

 

RƏYLƏR