16 yaşlı idmançı görünüşünə görə ittiham olundu - FOTO

OXUNUB: 1097 İDMAN
Finlandiyanın Tampere şəhərində keçirilən yüngül atletika üzrə gənclər arası dünya çempionatında qalmaqal yaşanır.

Yarışın ən müzakirə edilən idmançılarından biri Efiopiyadan olan 16 yaşlı atlet Qirmavit Qebrjixairdir.

Beynəlxalq Yüngül Atletika Federasiyasının (IAAF) rəsmi protokolunda Qirmavitin 21 noyabr 2001-ci il doğumlu olduğu qeyd olunub.

Onun yaşından xeyli çox görünməsi yarış iştirakçılarını və bir çox azarkeşləri təəccübləndirib.

Qirmavit öz faktiki yaşının qəsdlə azaltmasında ittiham edilir.

Qeyd edək ki, efiopiyalı xanım Qirmavit sözügedən dünya çempionatında 5000 metrə qaçışda tunc medalın sahibi oldu./yenicag.az

16 yaşlı idmançı görünüşünə görə ittiham olundu - FOTO
 

İcmal.Az

RƏYLƏR