17 illik cəhənnəm - Səddamdan sonrakı İraq...

OXUNUB: 1242 DÜNYA

"Səddam devriləndə hamımız həyatın daha yaxşı olacağını düşünürdük. Ancaq səhv etdik. Əvvəllər bir diktatorumuz vardı, indi isə 1000 dənə”...

 

"Mecra” qəzeti, Türkiyə

İraqın ABŞ və müttəfiqləri tərəfindən işğal olunmasından 17 il keçir. 9 aprel 2003-cü ildə Bağdadın işğalı və Firdovsi meydanındakı Səddam Hüseyn heykəlinin devrilməsi bu gün hələ də işğalın simvolu hesab olunur. Heykələ ilk zərbəni həyəcanla vuran iraqlı Kazım Şərif Cəburi bu gün gəlinən vəziyyətə görə çox təəssüflənir.

Səddam Hüseyn dövründə bir müddət güləş və ağır çəkidə atletika ilə məşğul olan Cəburi sonrakı illərdə motosklet təmirinə yönəlmişdi. Səddamın oğulları Uday və Qusayın motoskletlərini da tez-tez təmir edən Cəburi Udayın ondan bəzi parçaları "əkişdirdiyini” də unutmur. Cəburi Səddamın övladlarının düşmənçiliyinə görə müxtəlif vaxtlarda 11 il həbs belə olunub.

Cəburi Səddam Hüseynin heykəlinə ilk zərbəni vurmasını belə xatırlayır:

"İşğal rəsmi olaraq başlayanda hamımız həyəcanlı və həvəsli idik. Bir zülm dövrü bitirdi. Mağazam meydana çox yaxın olduğu üçün heykəlin yerləşdiyi yerə qədər qaçdım. Heykəlin ətrafına toplaşan insanlar arasında Amerika əsgərləri də var idi. Sonra onun heykəli devrildi və insanlar bayram etməyə başladılar”.

İraqda işğaldan sonra baş verənlər Kazım Şərif Cəburinin, sözün əsl mənasında, peşman olmasına səbəb olub. Cəburi yeni dövrü belə şərh edir:

"Səddam Hüseynin dövründə əsl diktatura var idi. Danışmaq hüququmuz yox idi, hər hansı bir şeyə səs çıxaranda sonunun necə olacağını heç kim bilmirdi. Səddam devriləndə hamımız həyatın daha yaxşı olacağını düşünürdük. Ancaq səhv etdik. Əvvəllər bircə Səddam vardı, indi isə 1000 səddam var. Əvvəllər bir diktatorumuz vardı, indi isə 1000 dənə. Keçmişdə küçələrdə talan olmazdı, ola da bilməzdi. Səddama itaət etdiyimiz müddətcə heç bir problem yaşamazdıq. İndi isə heç bir məsələdə təhlükəsizlik təmin olunmur. Ölkəmiz xarab oldu”.

İraqın işğal edildiyi 2003-cü ildən bəri terror hadisələrində və qarşıdurmalarda ən azı 500 min insan həyatını itirib. Ölkədəki məzhəb qarşıdurmaları çoxalarkən İraqın birliyi də pozulub. İranın İraqdakı hegemonluğu da. ABŞ-ın sayəsində təriqətlərarası qarşıdurmaların alovlanıb və getdikcə böyüyür./pia.az

 

 

7News.Az

RƏYLƏR