17 kişi 12 yaşlı qıza narkotik verib aylarca zorladı, videoya çəkdi - FOTO

OXUNUB: 922 DÜNYA
Hindistanda 17 kişi 12 yaşlı qızı aylarca zorlayıb.

İcmal.Az xarici mətbuata istinadən xəbər verir ki, təcavüzkarlar həbs edilən zaman şəhərdəki heç bir vəkil onların müdafiəsini qəbul etməyib. Hətta bəzi vəkillər təcavüzkarları döyməyə də çalışıb. 

Araşdırmalar zamanı bəlli olub ki, fiziki qüsurlu 12 yaşlı qız 7 ay ərzində 17 kişinin təcavüzünə məruz qalıb. Yaşları 23-66 yaş arası dəyişən təcavüzkarlar azyaşlıya narkotik verərək zorlayıb və həmin anı videoya çəkiblər.

Onu ilk zorlayanın yaşadığı binada lift ustası işləyən 66 yaşlı kişinin olduğu bildirilir. Bu hadisə azyaşlı qızın bacısının polisə şikayətindən sonra ortaya çıxıb. 
Həbs edilən təcavüzkarlar məhkəmə zalında vəkillər tərəfindən döyülüb.

Qeyd edək ki, 2016-cı ildən bu günə kimi Hindistanda hər gün 100 qadına və uşağa təcavüz edildiyi deyilir. Məlumatda zorlanan uşaqların 12 yaşından aşağı olduğu bildirilir. 


17 kişi 12 yaşlı qıza narkotik verib aylarca zorladı, videoya çəkdi - FOTO

 

İcmal.Az

RƏYLƏR