17 yaşlı oğlan bacısını mesajlaşarkən tutudu və... – Dəhşətli hadisədə MƏHKƏMƏ QƏRARI

OXUNUB: 771 HADİSƏ

Bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyilə baş tutan iclasda hökm oxunub.

Hökmə əsasən M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun azyaşlı olması, mərhumun anasını onu bağışlaması yüngülləşdirici hal kimi nəzərə alıb.

Xatırladaq ki, Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb.

O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb.

Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərin telefonuna zəng vurub və onunla görüşmək istədiyini deyib.

Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb. Görüş zamanı tərəflər mübahisə edib və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.

Qətl hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib.

Ötən məhkəmə prosesində mərhumun anası, hüquqi varisi Ülviyə Məcidova qətli tprədən Mirismayılı bağışladığını demişdi./publika

İcmal.Az

RƏYLƏR