190 manat alan imkanlı bloger xalqı söyüb-batırdı

OXUNUB: 946 ŞOU-BİZNES
"Onu məhkəməyə vermək lazımdır”.

Bunu 7News.Az-a açıqlamasında hüquq müdafiəçisi Sədaqət Paşayeva sosial şəbəkədə məşhurlaşan Səbinə Kətanova adlı bloger xanım işsiz kimi 190 manat birdəfəlik yardım almasına görə onu qınayanları təhqir etməsi ilə bağlı videodan danışarkən deyib. Sədaqət Paşayeva bildirib ki, həmin qadın əslində içtimaiyyəti təhqir edib:

"Əgər həmin xanım belə bir ifadə işlədibsə, qanun qarşısında məsuliyyət daşıyır. Bu qadın konkret olaraq şəxsi deyil, ictimaiyyəti təhqir edir. Bu, doğru deyil. Həmin ifadəni işlətdiyinə görə, o qadın haqqında mütləq tədbir görülməlidir. İnsanların bir-biri ilə münasibəti, danışıq normaları, davranışları  müəyyən cərimələrlə tənzimlənməlidir. Bəzən insanlar müəyyən boşluqlardan istifadə edirlər. Doğrudan da ağır ifadələr işlətməkdən belə çəkinmirlər. Xanımın ifadəsi cəmiyyət üçün normal deyil və mən onu bir qadın olaraq qəbul etmirəm. Yardımı alır, sonra isə saymazyana hərəkət edir. Hətta düşünürəm ki, ona bu yardımı verən nazirlik də araşdırma aparıb onun hərəkəti ilə bağlı tədbir görməlidir”. 

Sədaqət Paşayeva qeyd edib ki, qanunvericilikdə şərəf və ləyaqətlə bağlı cəzalar sərtləşdirilməlidir:
"Özünü təhqir olunmuş insanlar bir araya gəlib bu qadını məhkəməyə verməlidir. Qoy bu bütün insanlar üçün də bir ornək olsun. Gəlib məhkəmədə cavab versin”. 

Qeyd edək ki, sosial şəbəkədə məşhurlaşan Səbinə Kətanova adlı bloger xanım işsiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib 190 manat birdəfəlik yardım alıb. Həm onun, həm də ehtiyacı olan insanlara "yox” cavabı verən nazirlik də ictimai qınağa tuş gəlib. Səbinə isə onu qınayanları ağır, yazılması mümkün olmayan formada təhqir edib.

 


RƏYLƏR