2 200 ədəd “Marlboro” aşkarlandı

OXUNUB: 884 HADİSƏ

Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

DGK-dan İcmal.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2 200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR