2 dəfə ailə qurub boşanan 64 yaşlı əməkdar artist: "Sevgilim var, məni dəlicəsinə..."

OXUNUB: 679 ŞOU-BİZNES
Əməkdar artist Rühəngiz Musəvi "Space" televiziyasında yayımlanan "Hər Səhər" verilişinin qonağı olub. 
Maraqlı məqamlara toxunan müğənni qızı ilə münasibətlərindən də danışıb. O bildirib ki, qızı ilə rəfiqə kimidir:

"Hər ailədə olduğu kimi mənim də qızımla söz-söhbətim olur. Qızımla rəfiqəyik, hər problemlərimizi də birgə həll edirik".

Ailə qurmağı düşünməyən müğənni şəxsi həyatından da söz açıb. R.Musəvi söyləyib ki, həyatında sevdiyi şəxs var:

"Yenidən ailə qurmağı düşünmürəm. Artıq 2 dəfə ailə qurmuşam və uğursuz alınıb. Lakin sevginin yaşı yoxdur. Əgər ürək cavandırsa hər yaşda sevə bilər. Sevdiyim insanı da əlimdə saxlamaq üçün heç bir şey etmirəm. O, məni elə çox istəyir ki. Hətta deyim ki, onun məni belə dəlicəsinə sevməsi üçün xüsusi nəsə etməmişəm və sınamamışam"./big
 
İcmal.Az

RƏYLƏR