2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı - Burnu belə qanamadı

OXUNUB: 741 HADİSƏ

Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayon Sahil qəsəbə B.Əliyev küçəsindəki 9 mərtəbəli binada baş verib. 2015-ci il təvəllüdlü Əli Hüseynli yaşadığı altıncı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib və yüngül xəsarətlər alıb. 

Azyaşlı daha sonra xəstəxanaya aparılıb və ciddi zədə almadığından evə buraxılıb.

İcmal.Az

RƏYLƏR