2 yaşlı uşaq qazanın içində oturdu, dəhşətlə üz-üzə qaldı - FOTOLAR

OXUNUB: 802 DÜNYA
Türkiyədə qeyri-adi hadisə baş verib. 

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 yaşlı uşaq Əhməd Mühəmməd Turan qazanda ilişib qalıb. O, atası və anası yatarkən oyun oynamaq üçün qazanın içərisində oturub. Qazana ilişib qalan uşağı çıxara bilməyən valideynlər təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin işçilərinə müraciət ediblər. Hadisə yerinə gələn nazirliyin işçiləri uşağa zərər vermədən qazanın bir hissəsini kəsiblər. Bu zaman azyaşlı uşaq ağlamasın deyə müxtəlif oyunlar oynayıblar. Nəticədə uşaq zərər çəkmədən qazanın içərisindən çıxarılıb. 

Əhməd Mühəmməd Turanın sağlıq vəziyyəti normaldır. 


2 yaşlı uşaq qazanın içində oturdu, dəhşətlə üz-üzə qaldı - FOTOLAR
2 yaşlı uşaq qazanın içində oturdu, dəhşətlə üz-üzə qaldı - FOTOLAR


 

İcmal.Az

RƏYLƏR