20 il sonra görüntüləndi: Meşədə yalnız və çılpaq - FOTOLAR

OXUNUB: 725 MARAQLI

Amazon çayının ətrafındakı cəngəlliklərdə yerli tayfanın sağ qalmış son nümayəndəsinin görüntüləri əldə edilib.

Yerli fermerlərin sözünə görə, o, 22 il əvvəl Funay qəbiləsinin mühasirəyə alınaraq, gülləbaran edilən 6 nümayəndəsindən sağ qalanıdır. Funay qəbiləsi 1970-1980-ci illərdə cəngəllikləri ələ keçirən fermerlər və şirkətlərin soyqırımına məruz qalıb.

O vaxtdan bəri meşədə tək yaşayır. Yay-oxla ov edir, dibində ucu itilənmiş taxta mıxlar basdırılmış tələ-xəndəklər qazır.

Hazırda Braziliya ərazisindəki cəngəlliklərdə sivilizasiyadan təcrid olunmuş 113 qəbilə yaşadığı güman edilir. Hələlik onlardan yalnız 27-nin mövcudluğu təsdiqlənib./publika

İcmal.Az


RƏYLƏR