“20 min pul verdik, amma atamın sol gözü kor oldu” – Ege Hospitaldan şikayət + FOTO

OXUNUB: 114 GÜNDƏM Seçilmiş Önəmli

Son dövrlər özəl klinikalardan narazılıq artıb. Həkim səhlənkərlaığı, yanlış diaqnoz nəticəsində ciddi problemlər, hətta ölüm halları belə baş verən klinikalardan şikayətlərin ardı-arası kəsilmir.

Ege Hospitaldan narazılıq edən Məcid Qurbanov da atasının sağlamlığına ciddi zərər dəydiyini iddia edir.

"Atam Qurbanov Həsən Tapdıq oğlu (65 yaş) 8 iyun tarixində beyin qanaması keçirib. 1 ay Gömrük Hospitalında qaldıqdan sonra reabilitasiya üçün evə buraxıldı və ev şəraitində müalicəsi davam etdirildi. Sonradan facebookda Türkiyədən məşhur neyrocərrahın ( Özkan Tehli ) Ege hospitala dəvət olunduğunu gördük. Reklamlara inanıb Özkan Tehlinin yanına getdik. Atamı apara bilmədiyimizə görə tomoqrafiya nəticələrini, analizləri və s. aparıb ona göstərdik. Bizə dedi ki, hər an təkrar qanaxma ola bilər, atanızı gətirin, tam müalicə edək.

http://yenilik.az/wp-content/uploads/2018/12/2018-12-04-13-26-3847375673_257344128514988_766198367192612864_n_opt-1.jpg 400w" sizes="(max-width: 231px) 100vw, 231px" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; font-family: inherit; font-style: inherit; font-weight: inherit; margin: 10px 15px 10px 0px; outline: 0px; padding: 5px; vertical-align: baseline; height: auto; max-width: 100%; float: left; display: inline;" />

21 avqust tarixində atamı Ege hospitala apardıq. Özkan Tehli hər şeyin yaxşı olacağını, gələcəkdə bəlkə iş qabiliyyətini də bərpa edə biləcəyini dedi. Atam ilk insult vaxtlarda gözündə mikrob vardı. Ege hospitala aparanda gözü evdə tam müalicə olundu. Şəkilləri də var, eyni zamanda Dünyagöz Klinikasının rəyi var. Özkan Tehli dedi ki, gözünü mənim doktorum müayinə etməlidir, biz dedik ki gözə müalicəyə ehtiyac yoxdur, yaxşıdır. Özkan Tehli cavabında bizə dedi ki, siz bilmirsiniz, mənim doktorum Türkiyədə 43-cü yerə çıxıb, mənim ekibimdə pis həkim ola bilməz. Siz müalicə işlərinə qarışmayın, bayram münasibətilə mənim xanım qonağım gəlib infeksiya həkimidir, ciyərini də ona həvalə edirəm. Nəysə, atam Ege hospitalda 20 sentyabrda qədər qaldı.

Bu müddətdə biz Özkan doktordan hər gün xəstəylə bağlı gözəl sözlər eşidirdik. Son günlərdə xəstədə hərəkətsizlik oldu. Nəhayət evə çıxacağmız gün Özkan doktor yoxa çıxdı.Yüksəl adlı şəxs bizə yaxınlaşdı və Özkan doktorun adından danışmağa başladı. Dedi ki, Özkan doktor televiziyadadır sizlə əlaqə saxlaya bilməz, sizə mən məlumat verəcəm. Xəstənin qanında infeksiya 2 qat artıb, amma başqa hər şey normaldır.

Buna qədər Ege hospitala artıq 20 min manatdan artıq pul ödəmişdik. Atamı evə çıxardıq, lakin vəziyyəti çox ağır görünürdü. Başqa həkimlərlə məsləhətləşib sabahısı beynini tomoqrafiyaya saldırdıq. Məlum oldu ki, atam Ege hospitalda yatdığı vaxt təkrar beyin qanaması keçiribmiş. Bir neçə gün sonra "Ege”dəki göz doktorunun müalicəsinin nəticəsi olaraq, atamın sol gözü kor oldu”.

Şikayətçi onu da nəzərər çatdırıb ki, təxminən 2 həftə öncə qardaşı ilə Ege hospitalın sahibi Yalçın bəyin yanına gediblər:
"Dedik, heç olmasa, bura necə gətirmişdik elə verərdiniz, beyni müalicə edə bilmirdiniz heç olmasa gözünü bugünə salmazdınız. Yalçın bəy dedi ki, məsələ araşdırılacaq və 1-2 günə ətraflı məlumat verəcəyik. 2 gün oldu 2 həftə. Nəhayət özü də cavab vermədi. Köməkçisi dediyi adam Sənan adlı şəxs zəng etdi dedi ki, biz sizə heç cür köməklik edə bilmərik”./mia.az

7NEWS.az

RƏYLƏR