20 yaşlı oğlan 451 milyon dollar uddu - FOTO

OXUNUB: 71 MARAQLI

"Aman Tanrım!"

20 yaşlı Şeyn Missler Facebook-dakı səhifəsində belə yazıb. O, "Mega Millions" lotereyasında cek-potu udub və 451 milyon dollara yiyələnib.

Əslən Men ştatından olan, ABŞ-ın Florida ştatındakı Pasko Kaunti bölgəsindəki Port-Riçi şəhərində yaşayan 20 yaşlı Şeyn uduşunu bütünlüklə almaq niyyətindədir.

"Mega Millions"un qaydalarına görə, əgər cek-pota yiyələnən şəxs uduşu 30 il ərzində hissə-hissə yox, birdəfəlik almaq fikrinə düşərsə, ona 451 milyon dollar yox, 281,2 milyon dollar veriləcək.

Şeyn uduşlu bileti Port-Riçidəki "7-Eleven store" marketindən alıb.

Şeyn Misslerin dediyinə görə, pulu hobbilərinə və istəklərinə xərcləmək, ailəsinə yardım etmək, habelə "bəşəriyyətin üzləşdiyi problemlərin həllinə kömək göstərmək" üçün xərcləmək niyyətindədir.

O, Port-Riçini tərk etməyi düşünür.

 

Ana nənəsinin yanında böyümüş Şeyn 2015-ci ildə orta məktəbi başa vurub, kollecə daxil olub, ötən ilin fevralında isə atasının yanına, Port-Riçiyə köçüb.

Şeyn Misslerin anası 7 il əvvəl vəfat edib.

Dünya lotereyalar tarixində ən böyük uduş ötən ilin avqustunda ödənib. ABŞ-da 53 yaşlı tibb bacısı "Powerball" lotereyasında 758,7 milyon dollar udub./milli

20 yaşlı oğlan 451 milyon dollar uddu - FOTO

20 yaşlı oğlan 451 milyon dollar uddu - FOTO

İcmal.Az

RƏYLƏR