Dollar ucuzlaşdı, avro isə bahalaşdı

OXUNUB: 922 İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 17-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən İcmal.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 16-ı ilə müqayisədə 0,02% ucuzlaşaraq 1,7022 manat olub.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8715 manatdan 1,8905 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0302 manatdan 0,0301 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4801 manatdan 0,4797 manatadək ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1982 manatdan 2,2009 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6999 manatdan 0,7043 manatadək artıb. 

 

U.A.

RƏYLƏR