Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

OXUNUB: 872 İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın 12 iyuna olan məzənnəsini açıqlayıb.

AMB-dən İcmal.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi 1,7022 manat olub.

Avrozonanın vahid valyutası iyunun 9-u ilə müqayisədə dəyişməyərək 1,9076 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0299 manatdan 0,0298 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4830 manatdan 0,4813 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,1726 manatdan 2,1709 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə  0,7033 manatdan 0,7060 manatadək bahalaşıb.

 

İcmal.Az

RƏYLƏR