Leysan yağacaq, dolu düşəcək — XƏBƏRDARLIQ

OXUNUB: 639 SOSİAL
İyunun 22-də Bakı və Abşeron yarımadasında havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.


ETSN-dən İcmal.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 18-20° isti, gündüz 22-25° isti, Bakıda gecə  18-20° isti, gündüz  23-25° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 15-20° isti, gündüz  23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir. 
 
İcmal.Az

RƏYLƏR