DİM 38 şagirdin qiymətini dəyişdirdi – RƏSMİ

OXUNUB: 797 SOSİAL

Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasının məlumatı açıqlanıb.

İcmal.Az-ın DİM-ə istinadən verdiyi məlumata görə, attestasiya imtahanının I mərhələsində yazılmış inşaların nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 111 şagird (bütün inşa yazanların 0,41%-i) inşa üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. 

Onlardan 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

İcmal.Az

RƏYLƏR