Nazirdən dövlətə təxribat: Səlim Müslümov əlilləri necə yandırır? - DOSYE

OXUNUB: 2010 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl TƏHLİL
Avqustun 1-də sosial haqsızlıqla üzləşən bir vətəndaşın intihara qalxması xəbəri mediada adi lentdə keçdi

Cabbarov Sərxan Yavər oğlunun Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin binası qarşısına gələrək özünü yandırmaq istəməsinə mətbuat gözucu nəzər yetirdi. 

Ulus.Az-ın məlumatına görə, nazir Səlim Müslümovun idarəçilik sistemindən irəli gələrək əlillik dərəcəsi ala bilməyən S.Cabbarov çıxış yolunu özünü yandırmaq görmüşdü.

Sadəcə, nazirliyin mühafizəçiləri həmin şəxsin niyyətini həyata keçirməyə imkan verməyiblər. 

Bildirilir ki, Sərxan Cabbarov əlillik dərəcəsi ala bilmədiyi üçün bu addımı atıb. Əgər mühafizəçilər olmasaydı, daha bir insan ədalətsizliyin qurbanı olacaqdı. 

Baxmayaraq ki, nazirliyin qəbul şöbəsində kondisonerli otaqlarda oturan nazirin kadrları onu dinləyə, şikayətini araşdıra bilərdilər. 

Hər halda bu insan əlildir və haqlıdır ki, məcbur qalaraq özünü yandırmağa qalxıb. Əslində, onun kimi yüzlərlə belə vətəndaş var əlillik dərəcəsi ala bilmirlər. 

Onlar nazirliyə, yerli idarələrə müraciətlər edirlər, süründürülürlər, rüşvət tələb olunur, get-gələ salırlar, nəhayət içərilərindən biri bezərək üsyan edir, özünü yandırmaq istəyir. 

Füzuli Ələkbərovdan sonra islahatçı nazir obrazı yaratmaq istəyən Səlim Müslümovun isə idarəçilik strategiyası yalnız insanları incitməkdən ibarət imiş. 

Nazir olduğu bu 4 il ərzində ƏƏSMN-dən, DSMF və ƏSMM idarələrindən minlərlə şikayətlər olub. Mətbuat tirajlayıb, Prezident Administrasiyasına məktublar göndərilib. Yəni, Cabbarovun üzləşdiyi problem ilk deyil. 

Vətəndaş özünü yandırsaydı nazir Səlim Müslümovun aqibəti yaxşı olmayacaqdı. 

Axı niyə yayın bu istisində, hakimiyyətin onsuz da kifayət qədər problemləri olduğu bir vaxtda, prezidentin sosial siyasəti gücləndirdiyi bir dönəmdə nazirlik vətəndaşı intihara təhrik etməklə daxildə bir gərginlik, düşmən mediasının əlinə bir fakt verir?! 

Bir vətəndaşa əlillik dərəcəsi verilməsi bu qədər çətindirmi ki, bu insan özünü yandırmağa məcbur olsun? 

Bu gün TSEK-lər minlərlə insanı incidir, rüşvət verməyənlərin əlillik drəcələrini ləğv edir, pul aldıqda bərpa edir, bazar prinsipləri ilə işləyirlər. Nazirlik bunları gözəl bilir və sadəcə idarəçiliyin təməli belə qoyulub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin problemli təbəqəsi ilə çalışdığından bu qurumdan narazılıq da çox olur

Əlillik dərəcəsinin verilməsi, ünvanlı sosial yardım, işsizlik müavinəti, tibbi sosial ekspertiza və digər problemlə üzləşən insanların narazılığı son dövrlər daha da artıb. 

Xüsusən də Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər gətirilməsi və onun bu sistemdə həyata keçirdiyi "islahatlar" əks reaksiya verməyə başlayıb.

Məlumatda bildirilir ki, Əjdər Cəbiyev qısa zamanda sabiq nazir Füzuli Ələkbərovun nazirlikdəki "sistemini" yenidən bərpa edib. 

Hətta bəzən nazirin tapşırığına da əməl olunmur. Çünki Əjdər Cəbiyev elə bir şəbəkə qurub ki, onun iradəsindən kənar hər hansı kadr təyinatı da ola bilməz. /ulus.az
 
 
İcmal.Az

RƏYLƏR