Neft bahalaşdı

OXUNUB: 866 İQTİSADİYYAT

Dünya birjalarında neftin qiyməti yenidən artıb.

 Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,32 dollar və ya 0,67% artaraq 47,75 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,35 dollar və ya 0,71% artaraq 52,41 dollar olub.

 

İcmal.Az

RƏYLƏR