Bakıda gənc oğlan özünü bıçaqlayıb

OXUNUB: 645 HADİSƏ

Bakıda gənc oğlan ailə münaqişəsi zəminində özünü bıçaqlayıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonumda baş verib.

Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan 1987-ci il təvəllüdlü Savalanov Pərviz Arzuman oğlu ailə münaqişəsi zəminində baş və qarın nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Yaxınları onu 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. 

Həkimlər P. Savalanovun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

İcmal.Az

RƏYLƏR