Ermənistan əsgərin meyitini Azərbaycana qaytardı – YENİLƏNİB

OXUNUB: 733 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə görülmüş zəruri tədbirlər nəticəsində noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun tapılmış cəsədi noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində Azərbaycan tərəfinə təhvil verilib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, insidentsiz başa çatan prosesdə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumlarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyiti noyabrın 23-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Daha sonra meyit Ermənistan tərəfindən götürülmüşdü. 

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası B.Cəlilbəylinin meyitinin qaytarılması üçün beynəlxaq təşkilatlara müraciət etmişdi.

13:05

"Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən Azərbaycan əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Ermənistan tərəfindən götürülüb".

İcmal.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, hazırda onun meyitinin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı aidiyyəti qurumlarla danışıqlar aparılır.

Komissiyanın rəsmisi əlavə edib ki, yaxın günlərdə məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək.

İcmal.Az

RƏYLƏR