Milli Məclisin plenar iclası başladı

OXUNUB: 575 SOSİAL

Bu gün Milli Məclisinin növbəti plenar iclası başlayıb.

İcmal.Az APA-Economics-ə istinadən xəbər verir ki, spiker Oqtay Əsədov iclası açıq elan edib.

Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər günün ikinci yarısında müzakirə olunacaq.

İclasın gündəliyinə 31 məsələ daxildir. Bunlar Azərbaycanın 2018-ci il üzrə dövlət büdcə zərfinə daxil olan məsələlər, İnzibati Xətalar, Cəzaların İcrası, Cinayət Prosessual, Miqrasiya məcəllələrinə, "Kütləvi İnformasiya Vasitələri haqqında”, "Telekommunikasiya haqqında”, "Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” (üçüncü oxunuş) qanun layihəsi və digər məsələlərdir.

Bunların arasında Azərbaycanın noyabrın 21-23-də müzakirələrdən sonra verilən təkliflərə baxılması üçün hökumətə təqdim edilən 2018-ci il üzrə dövlət büdcə zərfi də var.

Qeyd edək ki, 2018-ci il büdcə zərfinə daxil olan məsələlər 21-23 noyabr Milli Məclisdə müzakirə olunaraq təkliflərə baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub, dekabrın 1-nə kimi cavab verilməsi üçün vaxt müəyyənləşdirilib.

İcmal.Az

RƏYLƏR