Milli Məclis 2018-ci il dövlət büdcəsini qəbul etdi

OXUNUB: 640 İQTİSADİYYAT

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.

İcmal.Az iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi təsdiq edilib.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur.

Büdcənin xərcləri isə ilkin proqnozla müqayisədə 141,3 mln. artırılaraq 21, 047 mlrd. manat məbləğində təsdiq olunub. 

2018-ci ildə büdcənin kəsiri ilkin proqnozla müqayisədə142 mln. manat artırılıq 920 mln. manata çatdırılıb. Bu, ölkə üzrə ümumi daxili məhsulun 1,3%-i qədər olacaq. 

Büdcədə neftin baza qiyməti 45 dollar səviyyəsində götürülüb. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur.

İcmal.Az

RƏYLƏR