2018-ci ildə dünya iqtisadiyyatı ilə bağlı proqnoz açıqlandı - VİDEO

OXUNUB: 692 İQTİSADİYYAT

ABŞ-ın "The Conference board" analitik şirkəti 2018-ci il üzrə dünya iqtisadiyyatı ilə bağlı proqnozunu müsbətə doğru dəyişib.

İcmal.Az xəbər verir ki, analitiklər 2017-ci ildə dünya iqtisadiyyatında 2,8 faiz artım proqnozlaşdırsalar da, bu rəqəm 3 faiz olub: "Bundan çıxış edərək 2018-ci ilin birinci yarısında iqtisadi artımın davam edəcəyini gözləyirik. Heç bir resessiya əlaməti görmürük. İqtisadi göstəricilər artıma doğrudur”. 

Onu da qeyd edək ki, analitiklər 2018-ci ildə dünya iqtisadiyyatında 2,9-3 faiz artım gözləyirlər. ABŞ iqtisadiyyatında artım proqnozlaşdıran analitiklər əvəzində Çin iqtisadiyyatının zəifləyəcəyi fikrini irəli sürürlər.  

İcmal.Az

RƏYLƏR