2018-ci ildə maliyyə bazarları üçün əsas risklər

OXUNUB: 602 İQTİSADİYYAT

"Fitch" Beynəlxalq Reytinq Agentliyinin Suveren Reytinqlər Departamentinin rəhbəri Ceyms MakKormak (James McCormack) 2018-ci ildə maliyyə bazarları üçün potensial riskləri sadalayıb. 

İcmal.Az Report-a istinadən xəbər verir ki, bunların arasında əsas təhlükəli olan Avropa Mərkəzi Bankının (ECB) monetar siyasətini dəyişməsi ola bilər. ECB-nin öz siyasətində ciddi dəyişikliklər etməsi maliyyə bazarları üçün problemlər yaradacaq.

Bununla yanaşı, əsas risklər arasında ABŞ-ın tərəfdaşları ilə ticarət siyasətində sərtləşdirmələrə getməsi, geosiyasi gərginlik və uçot dərəcəsində artım göstərilir.

MakKormak hesab edir ki, dünyanın aparıcı dövlətləri monetar siyasətini sərtləşdirməyə, yəni uçot dərəcəsini artırmağa tam hazır olmasa da, bu istiqamətdə irəliləmə müşahidə olunur.

Dünyanın aparıcı mərkəzi bankları tərəfindən monetar siyasətin sərtləşdirilməsi Asiya maliyyə bazarlarında müəyyən volatillik yarada bilər. B,u regionda olan ölkələrin tədiyyə balanslarındakı müsbət profisit və yüksək valyuta ehtiyatları onların "təhlükəsizlik yastıqları"nın möhkəm olmasını deməyə əsas verir.

İcmal.Az

RƏYLƏR