“2018-ci ilin ikinci yarısında ölkədə ciddi islahatlar olacaq” – Azər Verdiyev

OXUNUB: 811 SİYASƏT

Dünən Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib. İclasda Prezident cəmiyyəti narahat edən bir çox məsələlərə toxunub.

Prezidentin çıxışına münasibət bildirən QALİB-in sədri, ekspert Azər Verdiyev qarşıda böyük islahatların olacağını dedi: "Prezident İlham Əliyev budəfəki müşavirədə bir çox strateji məqamlara toxundu. Demək olar ki, bütün sahələr üzrə hesabatlarla tanış olandan sonra elə yerindəcə mənfi nüanslar barədə qeydlər etdi, tapşırılqr verdi. Ən vacib məqam isə məmurların müasir tələblərə cavab verəcək durumda olması ilə bağlı verdiyi tapşırıqdır. Prezident qəti şəkildə rüşvətxor, qeyri-peşəkar, əhali ilə işləmə təcrübəsi olmayan məmurlarla sağollaşacağını qeyd etdi. 2018-ci ilin ikinci yarısında ölkədə ciddi islahatlar olacaq. Prezident bunu açıq şəkildə qeyd etdi. Hesab edirəm artıq yeni dövrə qədəm qoyuruq. Kadrlar gənc, enerjili, savadlı və təcrübəli insanlardan formalaşacadır. Prezidentə dəstək olan, onu işini aparan, yükünü azaldan, verdiyi tapşırıqları vaxtında və dəqiq icra edən məmurlar vəzifədə olacaqdır”

7NEWS.az

RƏYLƏR