Ramil Usubov rəisi işdən çıxardı

OXUNUB: 116 SOSİAL

Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

 

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}