Nazirlik: Ermənistanda pensiyaların Azərbaycandan yüksək olması barədə fikirlər reallıqdan uzaqdır

OXUNUB: 552 SOSİAL

"Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaqdır".

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev, Ermənistan Mərkəzi Bankının rəhbərinin çıxışına münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistanda günü-gündən pisləşən sosial vəziyyəti bu cür təqdim etmək gülüncdür:

"Bu gün Ermənistanın sosial vəziyyəti olduqca aşağı səviyyədədir. Ermənistanda pensiyaların səviyyəsi heç vaxt Gürcüstan və Azərbaycandan yüksək ola bilməz. Səsləndirilən fikirlər reallıqdan uzaq olmaqla yanaşı, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil".

E.Babayev onu da əlavə edib ki, , Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirməklə bunu aydın şəkildə görmək mümkündür./publika

İcmal.Az

RƏYLƏR