"LUKOIL" yanacaqdoldurma məntəqələrində yeni maxinasiya - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

OXUNUB: 3938 GÜNDƏM Seçilmiş İQTİSADİYYAT

BNEWS.az xəbər verir ki, son illər"LUKoil Azerbaijan” Qapalı Səhmdar Cəmiyyətinə məxsus yanacaqdoldurma məntəqələrində irimiqyaslı maliyyə maxinasiyaları həyata keçirilir. Sürücüləri müxtəlif texniki vasitələrlə aldadan petrol əməkdaşları bu dəfə daha bir unikal vasitədən istifadə ediblər. Bu barədə sosial media vasitəsi ilə əldə etdiyimiz məlumatı olduğu kimi təqdim edirik:

"2 saat bundan önce Netçiler metrosundan indiki Bakıxanov qesebesine düşen yolun sağindaki "Lukoil” benzin doldurma məntəqəsinə girdim ki, maşına benzin vurum, gördum maşın çoxdu növbədə, amma benzin dolduran işçi azdı, bir az gözlədikdən sonra sıra mənə çatdi, hardasa 23-25 yaşlarında dolu cavan bir oğlan yaxınlaşdi mənə, dedim 20 m 92 vurun çekdə verin, mən hemişə benzin vurmamışdan öncə manitora baxiram, gördum məndən öncə benzin vuran 011 markalı juqili 5 m-lıq benzin doldurub. Baxıramki oğlan gözümün içinə baxa-baxa durub manitorun qarşısında şlankı taxir baka, başınıda elə saxlıyıb ki mən manitoru görmüyüm, saniyə keçmədi gördüm rəqəm oldu 6,63, oğlana dedim başa düşmədim manitor 00000-mamış nə tez 6,63 oldu, gördum oğlan özunu itirdi, başqa oğlana deyir ki sıfırlamadın? Sonra mənə deyir ki xanım indi sıfırlıyıram. Dedim ay əclaf nə sıfırlıyıram demək mən görməsəydim məni belə aldadacaqdın? Oğlana ağzımdan çıxan sözləri dedim. Siz camaatı belə aldadırsız haramınız olsun, inan səsimə biri çıxıb gəlmədi ki xanım nə olub, həmin yerdə benzin vurmadim dedim bağla bakı başınıza dəysin benziniz. İnan oğlan qorxusundan sesin çıxarmadı, çünku səhvi vardı. Bunu yazmaqda məqsədim buduki ey millət ayıq olun, xusüsən də qadınlar, onlar məni qadın bilib aldatmaq istədi, amma tanimadılar ki cinsim qadin ola bilər, onu kimi minlərlə kişiyə dəyərəm. Belə hadisələr çox olub amma başa duşub yerində həll etmişəm. Bu bütün benzin doldurma məntəqələrində baş verir. Mən xahiş edirəm həmin məntəqələrin rəhbərlərindən, işə işçı götürəndə onları camaatı aldatmamaları barədə məlumatlansırsınlar. Yaziqdi bu millət boğazımızdan kəsib məcbur qalıb benzin alırıq onunda yarsını yeyirlər, hər gun 20 azn benzin vururam, mən də deyirem ne tez bitir bak. Birdə maşına benzin tökərkən çek teləb edin, manitora baxın, bakı polnu vuranlar maşından düşüb öz gözünüzlə görün köpük vurmadıqlarını, hava vururlar çox vaxt.”

Mövzunu davam etdirəcəyik

BNEWS.az

RƏYLƏR