Futbol matçının açılışını ayı etdi - VİDEO

OXUNUB: 73 MARAQLI

Futbol üzrə Rusiya çempionatının II Divizionunun cənub zonasında keçirilmiş "Maşuk-KMV" - "Anquşt" matçının açılışını Tima ləqəbli ayı edib.

 Pyatiqorsk şəhərindəki oyundan əvvəl təlim keçmiş ayı meydanın kənarında arxa pəncələri üstə oturaraq, bir neçə dəfə əl çalıb. Matçın açılışı zamanı isə ayı topu baş hakimə verib.

Qeyd edək ki, görüş "Anquşt"un 3:0 hesablı qələbəsi ilə başa çatıb./milli

 
 
 
 
 
 

İcmal.Az

Футбольный матч в Пятигорске открыл медведь

RƏYLƏR