Vergilər Nazirliyində yeni - TƏYİNAT

OXUNUB: 819 İQTİSADİYYAT

Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.

İcmal.Az xəbər verir ki, nazirliyin aparat rəhbəri Nigar Alimova tutduğu vəzifədən azad edilib.

Onun yerinə mədəniyyət və turizm nazirinin müavini olmuş Nazim Səmədov təyin edilib.

N.Alimova isə nazirlikdə yeni yaradılan sənədlərlə iş və vətəndaşların müraciətlərinə baxılması departamentinə təyinat alıb.

İcmal.Az

RƏYLƏR