Mingəçevirdə 4 yaşlı uşaq kimyəvi məhlul içdi

OXUNUB: 97 HADİSƏ

Mingəçevir şəhərində 4 yaşlı uşaq kimyəvi maddə içərək zəhərlənib.

İcmal.Az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsi, 35 ünvanında qeydə alınıb.

Həmin ünvana qonaq gələn 2014-cü il təvəllüdlü şəhər sakini Məmmədhüseynli Kamil Rəşad oğlu bilməyərəkdən kimyəvi məhlul içib. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Görülən tədbirlər nəticəsində uşağın vəziyyəti sabitləşib. /report

 

İcmal.Az

RƏYLƏR