Ukraynada üç azərbaycanlı saxlanıldı - FOTO

OXUNUB: 1372 DÜNYA

Ukrayna polisi "7-ci kilometr” bazarında qeyri-leqal miqrantlara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 13 nəfər saxlanılıb. 

İcmal.Az xəbər verir ki, bununla bağlı Ukrayna informasiya xidməti yerli polis idarəsinə istinadla məlumat yayıb. 

Saxlanılanlardan yeddisi Özbəkistan, üçü Azərbaycan, ikisi Gürcüstan, biri isə Nigeriya vətəndaşlarıdır. Onlarla bağlı protokol tərtib edilib və ölkələrinə göndərilməklə bağlı qərar qəbul olunub. 

Qeyd edilib ki, analoji reydlər digər bazarlarda da keçiriləcək.

 

İcmal.Az

RƏYLƏR