Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib

OXUNUB: 745 QHT

"Loqos” un Azadlıq filialında Loqos və "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi  tərəfindən "Layihələrin yazılması və idarə edilməsi” adlı növbəti təlimlər keçirilib. Təlimlər "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova tərəfindən aparılıb.

         Keçirilən təlimdə iştirakçılara layihələrin yazılması qaydaları haqqında geniş məlumat verilib. O cümlədən, iştirakçılar qruplara bölünərək onlara praktik tapşırıqlar verilib.

          Məlumat üçün bildirək ki, təlimin ikinci hissəsində qrupların təqdimatı olacaq və təlimin sonunda iştirakçılar test edilərək, onlara sertifikatlar veriləcək.

 

İcmal.Az     

         

 

 

 

 

 

 

RƏYLƏR