YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edildi.

OXUNUB: 151 QHT

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon "Loqos” Psixoloji və Nitq inkişaf mərkəzinin ərazi ilk partiya təşkilatının növbəti ümumi yığıncağı keçirilib.


Keçirilən yığıncaqda millət vəkili, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü, Siyasi elmlər üzrə Fəlsəfə doktoru Məlahət İbrahimqızı,"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin, "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, "Loqos” un kollektivi və Partiyaya yeni üzv olan üzvlər iştirak ediblər.

Yığıncağı açıq elan edən millət vəkili, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı çıxışında Azərbaycanın gündən-günə möhkəmlənən mövqeyindən bəhs edib. Daha sonra çıxış edən "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin, "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Təranə Məmmədova ölkəmizin bugünkü inkişafından və bu inkişafa Yeni Azərbaycan Partiyasının töhfələrindən bəhs edib və "Loqos” un əməkdaşlarının partiya sıralarına həvəslə qatıldığını vurğulayıb.

Sonda yeni üzvlərə vəsiqələr təqdim olundu və onlara uğurlar arzuladılar.

 

İcmal.Az




RƏYLƏR