İqbal Məmmədovun oğlundan “dərin fəlsəfi” müsahibə - Video

OXUNUB: 622 MARAQLI GÜNDƏM

Millət vəkili İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının bir müddət əvvəl Türkiyə KİV-lərindən birinə verdiyi müsahibənin videosu yayılıb.

"Yeni Sabah” xəbər verir ki, müsahibədə jurnalistin suallarına cavab verən deputat oğlunun qurduğu cümlələr sözün əsl mənasında ağızları açıq qoyub. Başqa bir şərh vermədən həmin cavabların bəzilərini təqdim edirik.

Məsələn o "Kaspi Yıldız” Holdinq nə edir sualına belə cavab verir:

""Kaspi Yıldız” Holdinq "aqnuşitellər”, kənd təsərrüfatı üçün lazım olan hər bir malları istehsal edir. Özümüz ürətirik, toxumculuqdu, hər bir şey var, özümüz ürətirik, yəni Azərbaycan ürətimidir. "Lebro” var, o Lerik Broylerdir, toyuqçuluqla məşğuluq, özümüzün "inqubatoru”, yəni cücənin yumurtasını qoyuruq cücəni çıxardırıq. Relaks otelimiz var. Lerikdədir. Yəni 500 otaqdan çox otağımız var orda...”

Bu yerdə jurnalist deyir: Yəni çox iş var. İnşaat olayında varsınız, yeraltı xidmətlərdə varsınız. Dolayısı ilə "Kaspi Yıldız” Azərbaycanda köklü bir firma. Sən də təhsilini bitirib burada çalışacaqsan. Gənclərin fikrincə Azərbaycanda daha nələr  edilməlidir?

Mirhəmid Nərimanlının cavabı: "Azərbaycanda kənd təsərrüfatı konusunda bu il çox ciddi konuşmalar var. Yəni son 3 ildir, 5 ildir ki, kənd təsərrüfatı konusunda çox güjdü irəliləyişlər var”.  

RƏYLƏR