2020-ci il üzrə qaz hasilatının həcmi açıqlandı

OXUNUB: 922 İQTİSADİYYAT

Azərbaycan 2020-ci ildə ümumi respublika üzrə 44,5 milyard kubmetr qaz hasil edəcək.

İcmal.Az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçirilən 24-cü Beynəlxalq Neft-Qaz konfransında bildirib.

O deyib ki, göstərilən dövrdə SOCAR 6,4 milyard kubmetr qaz hasil edəcək. "Şahdəniz” üzrə qaz hasilatı 2020-ci ildə 26,1, Azəri-Çıraq-Günəşli yatağı üzrə 12 milyard kubmetr olacaq.

Nazir bildirib ki, Azərbaycan 24 ildir BP, "Statoil”, "McDermott” və s. beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. 

"Biz bu şirkətlərlə birgə müxtəlif layihələr həyata keçiririk. Bunun nəticəsində "Azəri-Çıraq-Günəşli”, "Şahdəniz” kimi zəngin neft-qaz yataqlarının işlənilməsinə başlanılıb.

Azərbaycan Avropanın enerji sabitliyinə nail olunması üçün mühüm töhfələr verir. Qeyd etdiyim layihələr hazırda Avropa üçün ən mühüm və prioritet layihələrə çevrilib”.

İcmal.Az

RƏYLƏR