"Müstəqil həyata sağlam inteqrasiya” layihəsinin Mərdəkanda yerləşən 2 saylı İnternat məktəbindəki ilkin hissə başa çatıb

OXUNUB: 1308 SOSİAL
"İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinin Mərdəkan 2 nömrəli internat məktəbi hissəsi uğurla başa çatıb. 
    İnternat məktəbində keçirilən bağlanış mərasimində "İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov, "Loqos” un Təlim-tədris şöbəsinin rəhbəri Günel Axundova, PXTM-nin icraçı direktor müavini Rəşad Bayramov, layihədə iştirak edən "Loqos” –un psixoloqları iştirak ediblər. 
          Çıxış edən natiqlər layihənin əhəmiyyətindən danışıblar və bildiriblər ki, Fond tərəfindən dəstəklənən bu layihə internat məzunları üçün çox faydalıdır. 
         Daha sonra "Loqos” un baş uşaq psixoloqu Anara Quliyeva layihə iştirakçılarına qrup terapiyası keçib.
 Məlumat üçün bildirək ki, layihə çərçivəsində Mərdəkan 1 nömrəli internat evində 8 nəfər gəncə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərilib. 
Hal-hazırda Maştağada 12 nəfər internat gənci ilə psixoloji seanslar davam edir.
         Qeyd edək ki, layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat və uşaq evi məzunlarının sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini verməkdir.
 

RƏYLƏR